Andrey Babayev — həyatı və yaradıcılığı

Şrift
Andrey Babayev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Andrey Babayev — həyatı və yaradıcılığı.

Andrey Babayev 1923-cü il dekabrın 27-də Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Ağbulaq kəndində erməni ailəsində doğulub. İbtidai musiqi təhsilini Şuşada alıb. Böyük Vətən Müharibəsi illərində mahnı və rəqs ansamblının rəhbəri olub.“Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilib.

1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin bəstəkarlıq sinfini bitirib.1953-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirib. 1939-1941-ci illərdə Azərbaycan Radiosunun Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijor köməkçisi işləyib.1941-1945-ci illərdə Bakı qarnizonunun mahnı və rəqs ansamblının bədii rəhbəri, 1946-1947-ci illərdə Bakı Filarmoniyasının ansamblının rəhbəri , 1947-1950-ci illərdə həmin filarmoniyanın mahnı və rəqs ansamblının xormeysteri olub.1950-ci ildən Moskvada yaşayıb. Yaradıcılıq fəaliyyətinə 1943-cü ildə başlayıb.

1961-ci ildə "Artsvaberd", 1964-cü ildə isə "Bağdasar dayı" operasını yazıb. O, "Oktyabr", “Partiya haqqında nəğmə”, "Qartal qalası" (1957), uşaqlar üçün iki kantatanın – (sözləri Z. Cabbarzadənin (1946) və sözləri İ.

Soltanın (1947) – eləcə də "Şöhrət zəhmətkeş torpağa" kantatalarının müəllifidir. O, bir neçə simfoniya və rapsodiya, o cümlədən "Konsertdə rapsodiya" (1959), "Hind fantaziyası" (1958), "Fantaziya" (1951), Azərbaycan xalq çalğı alətləri orkestri üçün "Ballada" (1947) və "Çahargah" (1947) süitalarının, "Gənclik" uvertürası (1948) və başqa əsərlərin müəllifidir. O, tamaşalara və filmlərə musiqi yazıb."Mən bir qızla tanış oldum", "Nazəndə sevgilim", "Bakılı qız" və "Küsüb getdin, yarım mənim","Pıçıldadan ləpələr", "Kimlər gəldi, kimlər getdi" kimi 50-dən çox mahnının bəstəkarıdır.

Xalq artisti Sərdar Fərəcov müsahibələrinin birində belə deyib:"60-cıı illərin əvvəllərində Andrey Babayevi Yerevana Ermənistan bəstəkarları ilə görüşmək üçün çağırırlar. Oradan qayıdandan sonra o, çox qəmgin görünür. Andrey Babayev səbəbini belə açıqlayır: "Orada məni katalikos çağırıb dedi ki, artıq çox şöhrətlənirsən, biz səninlə fəxr edirik, bəs niyə soyadın Babayev olmalıdır?

Azərbaycanla əlaqəni kəs, Babayan ol. Cavab verdim ki, mən Üzeyir bəyin tərbiyəsini almışam, Fikrət Əmirovla, Rauf Hacıyevlə bir yerdə böyümüşük, dostlarım azərbaycanlıdır. Mən Azərbaycan şairlərinin neçə şeirinə mahnı yazmışam.

Orada ancaq xeyir görmüşəm. Axı siz nə danışırsınız?" Andrey Babayev 1964-cü il oktyabrın 21-də vəfat edib. Moskvadakı erməni qəbiristanlığında dəfn edilib…

RƏYLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗