Oktyabrda yoxlanılan apteklərin 24-də nöqsan aşkarlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Oktyabrda yoxlanılan apteklərin 24-də nöqsan aşkarlanıb

Vətənim Media xəbər verir ki, 2026-cı ilin oktyabrında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 80 aptekdə yoxlama aparıb. Onlardan 9-u Bakı şəhərində, 71-i isə digər şəhər və rayonlarda yerləşib. Yoxlamaların 79-u planlı, biri plandankənar olub.

Yoxlamalar nəticəsində 24 aptekdə nöqsan aşkarlanıb. Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.2 və 452.3-cü maddələri üzrə inzibati protokollar tərtib edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗