Vətənim Media xəbər verir ki, APA-nın “Axios”a istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp və milli təhlükəsizlik üzrə yüksəkvəzifəli müşavirləri cümə axşamı İranla bağlı vəziyyəti müzakirə ediblər.
Məlumatda bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı hazırlıqları yekunlaşdırır. ABŞ hərbçiləri isə Ağ Evdən yeni göstəriş almayıblar. Amerikalı rəsminin sözlərinə görə, Tramp müharibəni bərpa etmək qərarı verərsə, komandanlıq əməliyyatlara başlamağa hazırdır.
Trampın yekun qərar vermədiyi, diplomatik danışıqları davam etdirmək və hərbi əməliyyatları bərpa etmək variantlarını nəzərdən keçirdiyi bildirilir.
Əsas mənbə: APA
