Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri Mingəçevir su anbarı yaxınlığında bataqlıqda qalmış iki nəfəri təhlükəsiz yerə təxliyə ediblər.
FHN-in mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, hadisə barədə ötən gecə “112” qaynar telefon xəttinə müraciət daxil olub. Yük avtomobili bataqlığa batıb, içindəki şəxslər isə çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər onların yerini müəyyən edərək təxliyə əməliyyatı həyata keçiriblər.
Əsas mənbə: APA
