“Heetch Az” beş tariflə fəaliyyətə başladı: “Uber Az” tətbiqini yeniləmək kifayətdir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Heetch Az” beş tariflə fəaliyyətə başladı: “Uber Az” tətbiqini yeniləmək kifayətdir

Vətənim Media xəbər verir ki, Azərbaycanda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb. Sərnişinlər “Standart”, “Komfort”, “Smart”, “Premium” və “Ekspress” tarifləri arasından seçim edə bilərlər. Səfərin qiyməti marşrut, tələbat və yaxınlıqdakı boş sürücülərin sayı nəzərə alınmaqla hesablanır və sifariş zamanı tətbiqdə göstərilir.

“Heetch Az” əvvəlki “Uber Az” xidmətini əvəz edir. Tətbiqi artıq quraşdırmış istifadəçilərə onu yeniləmək yetərlidir: profil, bank kartları, səfər tarixçəsi və yadda saxlanmış ünvanlar avtomatik köçürüləcək. Sürücülərə qoyulan tələblər və qiymətlərin hesablanma prinsipi dəyişməyəcək.

Səfərin haqqını tətbiqə əlavə edilmiş bank kartı ilə və ya nağd ödəmək mümkündür. Sərnişin sifarişdən əvvəl sürücünün adını, avtomobilin modelini və dövlət qeydiyyat nişanını görə, marşrutunu yaxınları ilə real vaxtda paylaşa bilər. Müştəri dəstəyi 24 saat fəaliyyət göstərir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗