Tiranada etirazçılar polisə molotof kokteyli və daş atıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tiranada etirazçılar polisə molotof kokteyli və daş atıb

Vətənim Media xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib. APA-nın ATA agentliyinə istinadən yaydığı məlumata görə, etirazçılar polisə molotof kokteyli və daş atıb, polis isə su şırnaqlarından istifadə edib.

Tiranada gərginlik oktyabrın 13-də tələbə etirazlarından sonra artıb. Adriatik sahilindəki Vyoza-Narta qoruğunda kurort layihəsinə qarşı 130 gündən çoxdur aksiyalar keçirilir. Layihəni ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus “Affinity Partners” şirkəti həyata keçirmək istəyir. Layihə ilə bağlı mümkün qanun pozuntularını Albaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu araşdırır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗