Şuşada Azərbaycan və Türkiyə jurnalistləri üçün media-tur keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şuşada Azərbaycan və Türkiyə jurnalistləri üçün media-tur keçirilib

Vətənim Media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə mətbuatının nümayəndələri Şuşada birgə media-turda iştirak ediblər. Turun məqsədi jurnalistləri şəhərin tarixi və mədəni irsi, eləcə də işğaldan sonrakı bərpa prosesi ilə tanış etmək olub.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, jurnalistlər əvvəlcə Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşı Çinarə Həsənli və Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyin əməkdaşı İsmayıl İsmayılov məscidin tarixi və memarlığı barədə məlumat veriblər.

Daha sonra media nümayəndələri Qarabağ küçəsində olublar və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗