Vətənim Media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və şəxsi heyəti Zəfər Günü münasibətilə Bakıda Zəfər Tağı abidəsini ziyarət edib.
APA-nın məlumatına görə, ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, abidənin önünə gül dəstələri qoyulub. Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə hər il noyabrın 8-də qeyd olunur.
Əsas mənbə: APA
