Vətənim Media xəbər verir ki, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyətə başladığı vaxtdan bəri 3300-dək vətəndaşa xidmət göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin APA-ya verdiyi məlumata görə, müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və digər məsələlərlə bağlı olub.
Filialda göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,9 faiz təşkil edib. Şuşa filialı 2024-cü ilin iyulunda açılıb.
Əsas mənbə: APA
