Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatdan altı il ötür.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Şuşa şəhərini azad edib. Bəyanatla hərbi əməliyyatların dayandırılması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, əsir və saxlanılan şəxslərin mübadiləsi, eləcə də nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulub.
İlham Əliyev bəyanatın imzalanmasından sonra xalqa müraciətində sənədi Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətinin etirafı kimi qiymətləndirib. O, hərbi mərhələnin başa çatdığını və siyasi məsələlərə keçildiyini bildirib.
Əsas mənbə: APA
