GTA VI-nın çıxışı Britaniya şirkətlərinə 12,4 milyon funt sterlinqə başa gələ bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
GTA VI-nın çıxışı Britaniya şirkətlərinə 12,4 milyon funt sterlinqə başa gələ bilər

Vətənim Media xəbər verir ki, APA-nın “The Sun”a istinadən yaydığı məlumata görə, “Grand Theft Auto VI”nın noyabrın 19-na planlaşdırılan satışa çıxışı Böyük Britaniyada işəgötürənlərə 12,4 milyon funt sterlinqə (təxminən 16 milyon dollara) başa gələ bilər.

“BrightHR” şirkətinin məlumatına əsasən, noyabr və dekabr ayları üçün oyunla əlaqədar 83 min məzuniyyət günü üzrə müraciət qeydə alınıb. Yalnız satış günü üçün gözlənilən xərc 3,14 milyon funt sterlinqdir. Bəzi oyun həvəskarlarının məzuniyyət ala bilməsələr, işdən çıxacaqları ilə rəhbərliklərinə hədələdikləri də bildirilir.

“Rockstar Games”in hazırladığı GTA VI əvvəlcə “PlayStation 5” və “Xbox Series X/S” platformalarında satışa çıxacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗