Papuaşvili: Çexiyanın idxal etdiyi xam neftin 40 faizi Azərbaycan mənşəlidir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Papuaşvili: Çexiyanın idxal etdiyi xam neftin 40 faizi Azərbaycan mənşəlidir

Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosuna açıqlama verən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan və Azərbaycanın Çexiya da daxil olmaqla, Aİ-nin bir sıra ölkələrinin iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Papuaşvilinin sözlərinə görə, Çexiyanın idxal etdiyi xam neftin 40 faizi Gürcüstan vasitəsilə Azərbaycandan alınır. O, Azərbaycanla Çexiya arasında qaz təchizatı sazişinin imzalandığını, qazın Gürcüstan üzərindən Çexiyaya çatdırılacağını deyib.

Parlament sədri Çexiya ilə münasibətlərin sıx və dostcasına saxlanmasının vacibliyini vurğulayıb və iki ölkə arasında güclü, konstruktiv tərəfdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗