Dörd ölkə təmiz enerji dəhlizinin inkişafı üzrə saziş imzalayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Dörd ölkə təmiz enerji dəhlizinin inkişafı üzrə saziş imzalayıb

Vətənim Media xəbər verir ki, Antalyada COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.

Saziş “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizinin inkişafını, regional enerji bağlantılarının gücləndirilməsini və ötürmə marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Tərəflər təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin yaradılması, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsi üzrə əməkdaşlıq edəcəklər.

Saziş Azərbaycanın bərpa olunan mənbələrdən istehsal etdiyi elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Azərbaycanın regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗