İşəgötürənlər gecikdirdikləri 593 min manatı işçilərə ödəyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İşəgötürənlər gecikdirdikləri 593 min manatı işçilərə ödəyib

Vətənim Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-oktyabr aylarında işçilərə sosial xarakterli 593 min manat ödənişin gecikdirildiyini müəyyən edib. Nazirliyin APA-ya verdiyi məlumata görə, görülən tədbirlərdən sonra vəsait işçilərə ödənilib. Məbləğin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödəniş, müavinət və kompensasiyalardan ibarət olub.

Yoxlamalar zamanı 72 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi də aşkarlanıb. Xidmətin tədbirləri nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗