Vətənim Media xəbər verir ki, oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 790,8 min nəfər təşkil edib. Dövlət sektorunda 836,8 min, qeyri-dövlət sektorunda isə 954 min nəfər çalışıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, işçilərin ən böyük payı ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində olub — 18,7 faiz. Təhsil sahəsində çalışanlar 17,6 faiz, sənayedə çalışanlar isə 13,9 faiz təşkil edib.
2026-cı ilin yanvar-sentyabr aylarında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1 172,7 manata çatıb.
Əsas mənbə: APA
