Vətənim Media xəbər verir ki, şair Adil Zeynallının 85 yaşı tamam olur. 1941-ci il noyabrın 13-də Lerikin Ceyrud kəndində anadan olan Zeynallı 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsini bitirib.
Uzun illər müəllim işləyən Zeynallı şeirlərini tələbəlik dövründən mətbuatda dərc etdirib. Onun indiyədək yeddi şeir və publisistika kitabı çap olunub, dörd şeirinə mahnı bəstələnib. Adil Zeynallı “Qızıl qələm” mükafatı laureatıdır.
Əsas mənbə: edebiyyatqazeti.az
