Vətənim Media xəbər verir ki, Abşeron rayonunda tikiş sexindən 15 min manat dəyərində 50 min kisə oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, saxlanılanlar 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşovdur.
Sabunçu rayonunda isə ümumi dəyəri 5 min manata yaxın məişət əşyalarının oğurlanmasında şübhəli bilinən 29 yaşlı N.Xəlilov saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Əsas mənbə: APA
