Vətənim Media xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ələt Azad İqtisadi Zonasının sahibkarlar üçün əlverişli biznes mühiti yaratdığını bildirib.
Bayramovun sözlərinə görə, gələn ildən təsdiqlənmiş siyahıdakı Azərbaycan mənşəli məhsulların azı yarısı ixrac olunarsa, qalan hissə gömrük rüsumu ödənilmədən daxili bazara çıxarıla biləcək. O, zonanın infrastrukturunun təkmilləşdirilməsinin istehsal və ixrac imkanlarını artıracağını qeyd edib.
Əsas mənbə: APA
