Vətənim Media xəbər verir ki, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağış yağmayacaq. Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 8-11, gündüz 15-20 dərəcə isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman gözlənilir. Temperatur gecə 1-6, gündüz 14-19 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz isə 7-12 dərəcə isti qeydə alınacaq.
Əsas mənbə: APA
