Lənkəranda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfər evə buraxılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lənkəranda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfər evə buraxılıb

Vətənim Media xəbər verir ki, Lənkəranda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib. TƏBİB-in APA-ya verdiyi məlumata görə, bir qadın, bir kişi və 7 uşaq noyabrın 11-də saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu qoyulub, tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qida Təhlükəsizliyi Agentliyinin APA-ya verdiyi məlumata görə, hadisə Lənkəranın Osaküçə kəndində baş verib. İlkin araşdırmada ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru yedikdən sonra özlərini narahat hiss etdikləri müəyyənləşib. Agentlik faktı nəzarətə götürüb və araşdırmaya başlayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗