Vətənim Media xəbər verir ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. İzmirdəki “Gürsel Aksel” stadionunda keçirilən oyun yığmanın qrup mərhələsindəki beşinci qarşılaşması olub.
Bu matç Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk oyunu idi. Apasport.az-ın məlumatına görə, Türkiyə beş görüşün hamısında uduzaraq xalsız qalıb və qrupda dördüncü yerdədir. Belçikanın isə 9 xalı var və komanda ikinci pillədə qərarlaşıb.
Əsas mənbə: APA
