Vətənim Media xəbər verir ki, Andromeda qalaktikasının cənub-qərb hissəsində yerləşən NGC 206 ulduz birliyinin eni təxminən 4 min işıq ilidir. NASA-nın astronomiya təsviri ilə bağlı məlumatında bildirilir ki, Andromeda Yerdən 2,5 milyon işıq ili uzaqdadır.
NGC 206-nın parlaq mavi ulduzları onun gənc olduğunu göstərir. Birliyin ən gənc kütləli ulduzlarının yaşı 10 milyon ildən azdır. NGC 206 Süd Yolundakı gənc ulduz topalarından xeyli böyükdür.
Əsas mənbə: NASA
