Vətənim Media xəbər verir ki, Babək rayonunun Çeşməbasar kəndi ərazisində “KamAZ” və “Hyundai” markalı avtomobillər toqquşub. APA-nın məlumatına görə, qəza nəticəsində 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib. Xəsarət alanlar şəhid Zaman Məmmədlinin valideynləridir. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Əsas mənbə: APA
