Vətənim Media xəbər verir ki, cari ilin ilk 10 ayında Azərbaycanda piyadaların vurulması ilə nəticələnən 384 yol qəzası qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadən yaydığı xəbərə görə, bu, ölkə üzrə ümumi yol qəzalarının 41,1 faizidir.
İdarənin məlumatında bildirilib ki, noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonlarında, sutkanın qaranlıq vaxtında baş verən qəzalarda üç piyada ölüb. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və piyadaları yol hərəkəti qaydalarına əməl etməyə çağırıb, piyadalara yolu yalnız müəyyən edilmiş keçidlərdən və diqqətlə keçməyi tövsiyə edib.
Əsas mənbə: APA
