Kristalın mənzillərində “Geberit”in sanitar sistemləri quraşdırılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kristalın mənzillərində “Geberit”in sanitar sistemləri quraşdırılacaq

Vətənim Media xəbər verir ki, Kristal ilə İsveçrənin sanitar-texniki sistemlər istehsalçısı “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəfdaşlıq çərçivəsində şirkətin həlləri Kristalın şəhər layihələrində tətbiq olunacaq.

Kristalın tam təmirli mənzillərində “Geberit”in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, həmçinin duş drenaj sistemlərindən istifadə edilməsi nəzərdə tutulur. Əməkdaşlığın məqsədi mənzillərin texniki təchizatını təkmilləşdirmək və sakinlər üçün funksional, etibarlı yaşayış mühiti yaratmaqdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗