Vətənim Media xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, prokurorluq orqanlarına qulluğa qəbul müsabiqəsinin yazılı imtahanı noyabrın 19-dan 23-nə keçirilib. İmtahan test mərhələsində uğur qazanan namizədlər üçün nəzərdə tutulub.
İmtahan noyabrın 23-də saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında başlayacaq və dörd saat davam edəcək. Namizədlər saat 09:00-dək imtahan binasının qarşısında olmalı, buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Əsas mənbə: APA
