Vətənim Media xəbər verir ki, Argentinanın Remedios-de-Eskalada şəhərində qaz kəmərinin partlaması nəticəsində bir nəfər ölüb, 30 nəfər yaralanıb. “TN” telekanalının məlumatına görə, hadisə şəhərin hərəkətli küçələrindən birində baş verib.
“La Nación” qəzetinin yazdığına görə, təmir briqadası iş zamanı səhvən qaz kəmərini deşib. Qazın alışması güclü partlayışa səbəb olub. Hadisənin şəraiti araşdırılır.
Əsas mənbə: APA
