Allahşükür Paşazadə noyabrın 15-də Omana səfərə yollanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Allahşükür Paşazadə noyabrın 15-də Omana səfərə yollanacaq

Vətənim Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfər edəcək. Bu barədə APA-ya QMİ-dən məlumat verilib.

Paşazadə noyabrın 15-16-da Maskatda keçiriləcək Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. O, forumun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunan yüksək səviyyəli açılış hissəsində çıxış edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗