Sabunçuda açıq qapılı avtomobildən 6 min manat və bank kartları oğurlandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sabunçuda açıq qapılı avtomobildən 6 min manat və bank kartları oğurlandı

Vətənim Media xəbər verir ki, Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobilindən 6 min manat nağd pul və bank kartları oğurlanması barədə polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən E. Ağamirzəyev saxlanılıb. Araşdırma zamanı onun avtomobilin açıq qapısından istifadə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗