Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, İlon Mask “Nvidia”nın baş direktoru Censen Huanqın mümkün ayrılmasının şirkət üçün ciddi nəticələr doğura biləcəyini bildirib. Mask bu fikri “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Onun sözlərinə görə, Huanq şirkətin təchizat zəncirinin qurulmasında mühüm rol oynayıb, bəzi strateji razılaşmalar isə yazılı müqavilələrlə deyil, Huanqla əldə olunan şəxsi razılaşmalar əsasında bağlanıb. Mask hesab edir ki, Huanq şirkətdən getsə, bu razılaşmaların bəziləri pozula, əsas tərəfdaşlarla əməkdaşlıq zəifləyə bilər.
Əsas mənbə: APA
