Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda Fələstinin milli bayramı münasibətilə Abbas və Fələstin xalqı təbrik olunub.
İlham Əliyev Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə əhəmiyyət verildiyini bildirib. O, Azərbaycanın Şərqi Qüds paytaxtı olan müstəqil Fələstin dövlətinin yaradılmasını və münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun, iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini vurğulayıb. Məktubda Fələstin xalqına humanitar dəstəyin davam etdiriləcəyi qeyd olunub.
Prezident Mahmud Abbası ad günü münasibətilə də təbrik edib, ona möhkəm cansağlığı və xoşbəxtlik, Fələstin xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Əsas mənbə: APA
