Noyabrın 16-da dağlıq ərazilərdə qar, bəzi rayonlarda intensiv yağış gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Noyabrın 16-da dağlıq ərazilərdə qar, bəzi rayonlarda intensiv yağış gözlənilir

Vətənim Media xəbər verir ki, noyabrın 16-da Azərbaycanın rayonlarında arabir yağıntı yağacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur. Axşam yağıntılar əksər rayonlarda kəsiləcək, bəzi yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi ərazilərdə qısamüddətli intensivləşmə olacağı proqnozlaşdırılır. Yağış səhər tədricən kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Temperatur gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Rayonlarda temperatur gecə 5-9, gündüz 14-17 dərəcə isti olacaq. Dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗