İlin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İlin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib

Vətənim Media xəbər verir ki, Azərbaycanda ilk Milli Məşğulluq Forumu işə başlayıb. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev forumun açılışında bildirib ki, ilin ilk 10 ayında 164 mindən çox şəxs işlə təmin olunub. 14 mindən çox vətəndaş peşə hazırlığına, 6 600-dən çox şəxs isə özünüməşğulluq proqramına cəlb edilib.

Forumda rəqəmsallaşma, süni intellektin əmək bazarına təsiri və dayanıqlı məşğulluq müzakirə olunur. Noyabrın 18-də Gələcəyin Peşələri Sammiti, noyabrın 19-da isə Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək. Həmin gün gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” də təşkil olunacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗