Vətənim Media xəbər verir ki, Yasamal rayonundakı Qanlı Gölün ətrafında abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. Layihəni “Kristal” şirkəti həyata keçirir.
Plan çərçivəsində gölün ətrafında piyada və velosiped yolları, yaşıllıq sahələri, müşahidə platformaları və müasir işıqlandırma yaradılacaq. İdman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları, eləcə də iaşə və xidmət obyektləri də nəzərdə tutulur. Layihənin məqsədi ərazini sakinlərin istifadə edə biləcəyi ictimai parka çevirməkdir.
Əsas mənbə: APA
