Vətənim Media xəbər verir ki, deputat Soltan Məmmədov Milli Məclisdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı autizm spektr pozuntusu, daun sindromu və serebral iflic diaqnozu olan uşaqların reabilitasiyası üçün ayrılan maliyyənin artırılmasını təklif edib.
Deputat bildirib ki, bu diaqnozlarla yaşayan uşaqların sayının artması dəstəyin genişləndirilməsi üçün əlavə maliyyə ehtiyacı yaradır. Onun sözlərinə görə, 2027-ci il büdcəsində səhiyyə xərcləri 2 milyard manatdan çox nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 63,4 faiz artım deməkdir.
Əsas mənbə: APA
