1988-ci ilin noyabrında Qarabağ ətrafındakı hadisələr və azərbaycanlıların Ermənistandan deportasiyası Bakıda etirazların genişlənməsinə səbəb oldu. Noyabrın 17-də o vaxt Lenin meydanı adlanan əraziyə toplaşan insanların mitinqi günlərlə davam etdi. Bu hadisələr tarixə Meydan hərəkatı adı ilə düşdü.
Dekabrın 5-nə keçən gecə sovet qoşunları meydana daxil olaraq mitinqi dağıtdı. Meydan hərəkatı milli azadlıq mübarizəsini genişləndirən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda iz qoyan mərhələlərdən biri oldu.
1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.
Mənbələr · Azərbaycan Prezidentinin rəsmi saytı · Azərbaycan Milli Kitabxanası · Milli Azərbaycan Tarixi Muzeyi
