Vətənim Media xəbər verir ki, APA-nın Rusiya bürosunun məlumatına görə, Ukrayna ordusu noyabrın 17-nə keçən gecə Krım körpüsünə FP-5 “Flamingo” qanadlı raketi ilə zərbə endirib. Zərbədən sonra körpünün, o cümlədən yol hissəsinin konstruksiyalarına ciddi ziyan dəydiyi bildirilib. Teleqram kanalları tağlardan birinin uçduğunu göstərən görüntülər yayıb.
Rusiya Nəqliyyat Nazirliyi körpüdə avtomobillərin və qatarların hərəkətinin tam dayandırıldığını təsdiqləyib. Mütəxəssislər ziyanı qiymətləndirirlər. Bu, körpüyə bir sutka ərzində endirilən ikinci zərbədir: əvvəlki gün baş verən dron hücumundan sonra ziyanın az olduğu açıqlanmışdı. Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov sakinləri və turistləri körpü istiqamətində səfər etməməyə çağırıb.
Əsas mənbə: APA
