Təyyarə heyətinin iş vaxtı 7, 14 və 28 günlük dövrlər üzrə hesablanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Təyyarə heyətinin iş vaxtı 7, 14 və 28 günlük dövrlər üzrə hesablanacaq

Vətənim Media xəbər verir ki, kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş və istirahət vaxtının, eləcə də uçuş müddətinin tənzimlənməsi proseduru müəyyənləşdirilib. Dəyişikliklər Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna düzəlişlərdə əksini tapıb.

İş vaxtı üzrə maksimum saatlar ardıcıl 7, 14 və 28 gün, həmçinin bir təqvim ili üçün müəyyən ediləcək. Uçuş vaxtının həddi isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə hesablanacaq. Qanuna əsasən, uçuş iş vaxtı heyət üzvünün hava limanına gəlməsi ilə başlayır və son uçuşdan sonra təyyarənin yerdə hərəkətinin tam dayanması ilə bitir.

Nazirlər Kabineti bu müddətlərin tənzimlənməsi qaydalarını altı ay ərzində təsdiqləməli və Prezidentə məlumat verməlidir. Əmək Məcəlləsinə də uyğunlaşdırıcı dəyişikliklər edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗