Vətənim Media xəbər verir ki, noyabrın 17-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiaşvili ilə görüşüb. Matiaşvili Azərbaycanda rəsmi səfərdədir.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə təlimlər və ekspert səviyyəsində səfərlər müzakirə olunub. Tərəflər region və dünyadakı hərbi-siyasi proseslər barədə də fikir mübadiləsi aparıblar.
Kərim Vəliyev qonaqlara Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlarda, o cümlədən antiterror tədbirlərində Azərbaycan Ordusunun topladığı döyüş təcrübəsi və həyata keçirilən hərbi islahatlar barədə brifinq təqdim edib. Görüşdən əvvəl Gürcüstan nümayəndə heyəti Zəfər abidəsini ziyarət edərək əklil qoyub.
Əsas mənbə: APA
