Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, İraq parlamentinin xüsusi komitəsi ölkənin əsas neft hasilatı bölgələrində mümkün qaçaqmalçılıq faktlarını araşdırmağa hazırlaşır. Komitə əvvəlcə Curf əs-Səxr bölgəsində neft daşımaları zamanı mümkün saxtakarlıq sxemlərini yoxlamaq üçün yaradılıb, sonradan araşdırmanın əhatə dairəsi genişləndirilib.
Komissiyanın üzvü Harim Kamal Ağa bildirib ki, yaxın günlərdə Bəsrə, Kərkük və Neynəva vilayətlərində yoxlamalar aparılması planlaşdırılır. Onun sözlərinə görə, İraq neftinin təxminən 75 faizi Bəsrədə hasil olunur və vilayət araşdırmanın əsas istiqamətlərindən biri olacaq.
Komitə yoxlamalar zamanı mümkün qaçaqmalçılığın həcmi, istifadə olunan üsullar və qanunsuz əməliyyatlarda iştirak etdiyi ehtimal edilən boru kəmərləri barədə məlumat toplamağı hədəfləyir. Komitə üzvləri bu məsələni İraqın təhlükəsizlik qurumlarının nümayəndələri və aidiyyəti dövlət qurumları ilə müzakirə ediblər.
Əsas mənbə: APA
