Vətənim Media xəbər verir ki, ABŞ-da “Gmail” elektron poçt xidmətində texniki problemlər qeydə alınıb. İnternet xidmətlərinin vəziyyətini izləyən “Downdetector” portalının məlumatına görə, mindən çox istifadəçi nasazlıqdan şikayət edib.
Şikayətlərin 34 faizi məktubların qəbuluna, 25 faizi mobil tətbiqə, 21 faizi isə xidmətin veb-saytına aid olub. Nasazlığın səbəbi və xidmətin tam bərpa vaxtı barədə rəsmi məlumat açıqlanmayıb.
Əsas mənbə: APA
