Səbuhi Əlizadə erməni rəqibinin diskvalifikasiyasından sonra 1/4 finala yüksəlib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Səbuhi Əlizadə erməni rəqibinin diskvalifikasiyasından sonra 1/4 finala yüksəlib

Vətənim Media xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında Səbuhi Əlizadə (+90 kq) 1/8 final mərhələsini adlayıb. O, Ermənistan təmsilçisi İşxan Hovsepyanla döyüşdə qalib gəlib.

Apasport.az-ın məlumatına görə, Hovsepyan üç xəbərdarlıq aldığı üçün diskvalifikasiya olunub. Əlizadə 1/4 finalda bolqarıstanlı Kiril Georgiyevlə noyabrın 20-də qarşılaşacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗