Vətənim Media xəbər verir ki, “Real Madrid” Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülərlə yeni müqavilə imzalayıb. APA-nın klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, 21 yaşlı futbolçunun sözləşməsi 2032-ci ilin yayınadək uzadılıb.
Yeni müqavilə ilə Gülərin maaşı da artırılıb. Onun əvvəlki sözləşməsi 2029-cu ilin yayınadək qüvvədə idi. Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan Madrid klubuna keçib.
Əsas mənbə: APA
