Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, BMT-nin 2026-cı il Elektron Hökumət Sorğusunda Azərbaycan 2024-cü illə müqayisədə 36 pillə irəliləyərək 38-ci yeri tutub. Ölkənin indeks göstəricisi 0,7607 baldan 0,8847 bala yüksəlib.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin rəsmisi Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda sorğunun təqdimatında Azərbaycanın 2024-cü ildə 74-cü yerdən 38-ci yerə yüksəlməsini təsiredici irəliləyiş adlandırıb. Onun sözlərinə görə, nəticəyə ölkə rəhbərliyinin iradəsi, normativ-hüquqi baza, strategiya və rəqəmsal transformasiyaya yatırılan vəsaitlər töhfə verib.
Hesabatda Azərbaycan onlayn xidmətlər indeksində 11-ci, institusional əsas göstəricisində 1-ci, xidmətlərin göstərilməsi üzrə isə 10-cu yerdə qərarlaşıb. Ölkə “Çox yüksək EGDI” kateqoriyasının V3 altqrupuna daxil edilib.
Əsas mənbə: APA
