Gəncədə evin mətbəxindəki yanğında bir nəfər tüstüdən zəhərlənib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gəncədə evin mətbəxindəki yanğında bir nəfər tüstüdən zəhərlənib

Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Gəncənin Xəqani küçəsindəki fərdi yaşayış evinin mətbəxində yanğın baş verib. Evin 120 kvadratmetrlik ümumi sahəsinin 15 kvadratmetri yanıb.

Yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər. Mətbəxdəki mebel, aspirator, qaz sobası və paltaryuyan maşın yanıb. Ev sahibinin 2009-cu il təvəllüdlü nəvəsi tüstüdən zəhərlənib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗