Gənclər arasında dünya çempionatında iki cüdoçumuz 1/4 finala yüksəlib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gənclər arasında dünya çempionatında iki cüdoçumuz 1/4 finala yüksəlib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Ramazan Əhmədov və Davud Namazlı 1/4 finala vəsiqə qazanıblar.

+100 kq-da çıxış edən Əhmədov Niderland təmsilçisi Steyn Oldenhofa, 100 kq-da yarışan Namazlı isə özbəkistanlı Muxammadobid Maxmarayimova ipponla qalib gəlib. Namazlı bundan əvvəl 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova da qalib gəlmişdi.

Azərbaycan millisinin ilk iki yarış günündə qazandığı yeganə medal 66 kq-da Məhəmməd Musayevin bürünc mükafatı olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗