Vətənim Media xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu məğlub edib. APA-nın məlumatına görə, Abdullayev döyüşün üç raundu başa çatdıqdan sonra hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda etmiş, braziliyalı Cefferson Nasimentoya qalib gəlmişdi. Dohadakı qələbə onun turnirdə ikinci uğurudur.
Əsas mənbə: APA
