Vətənim Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail ordusunun Suriyaya qarşı hərbi əməliyyata başlaması ehtimalının olduğunu bildirib. O, bunu “TGRT Haber” telekanalının efirində deyib.
Fidanın sözlərinə görə, Türkiyə və regiondakı müttəfiqləri bu ehtimalla bağlı ABŞ və Avropa ölkələrinə xəbərdarlıq edirlər. Nazir belə bir əməliyyatın yeni münaqişəyə, daha böyük problemlərə və qeyri-müəyyənliyə səbəb ola biləcəyini vurğulayıb.
Əsas mənbə: APA
