Vətənim Media xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Nigeriyanın Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həlak olub. Qəza Niger çayının deltasındakı qollardan birində baş verib.
İlkin məlumata görə, gəmidə təxminən 300 sərnişin olub. Onlardan 24-ü xilas edilib, 50-dən çox meyit sudan çıxarılaraq morqa aparılıb. Digər sərnişinlərin taleyi məlum deyil.
Sərnişinlər arasında bir neçə gün əvvəl bölgədə baş vermiş oxşar qəzanın qurbanlarının dəfninə gedən insanlar da olub. Mütəxəssislər gəminin həddindən artıq yüklənməsini mümkün səbəb hesab edirlər.
Əsas mənbə: APA
