Avropada qazın spot qiyməti oktyabrda illik müqayisədə 163%-dək artıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Avropada qazın spot qiyməti oktyabrda illik müqayisədə 163%-dək artıb

Vətənim Media xəbər verir ki, APA-nın Qaz İxrac edən Ölkələr Forumunun hesabatına istinadən yaydığı məlumata görə, oktyabrda Niderlandın TTF mərkəzində təbii qazın orta spot qiyməti 1 milyon Britaniya istilik vahidi üçün 28,63 ABŞ dolları olub. Bu, aylıq müqayisədə 12%, ötən ilin eyni ayı ilə müqayisədə isə 163% çoxdur.

Böyük Britaniyanın NBP qaz ticarət mərkəzində orta spot qiymət 28,02 dollar təşkil edib. Qiymət aylıq müqayisədə 11%, illik müqayisədə 168% yüksəlib. Azərbaycan qazının TAP boru kəməri ilə Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗